logo

COP29 çərçivəsində Azərbaycanda insan hüquqları ilə bağlı problemlər müzakirə olunub

COP29 çərçivəsində Azərbaycanda insan hüquqları ilə bağlı problemlər müzakirə olunub

Noyabrın 19-da COP29 çərçivəsində "İqlim ədaləti mülki məkan və əhəmiyyətli iştirak olmadan mümkün deyil" mövzusunda debatlar keçirilib, Turan yazır.

Tədbiri Human Rights Watch, Amnesty International və bir sıra digər hüquq- müdafiə strukturlar təşkil ediblər.

Debatlarda Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti institutlarının faktiki iflic vəziyyətində olması xüsusi qeyd olunub. Ölkədəki qeyri-hökumət təşkilatları qeydiyyat problemlərilə üzləşirlər,  ölkədə işləməsi faktiki qadağan edilmiş beynəlxalq təşkilatlardan maliyyələşmə əldə edə bilmirlər. 

Görüş zamanı Azərbaycanda siyasi məhbuslar probleminin olduğu da qeyd edilib. Onların sayı 300-ü ötür. Tədbirdə Azərbaycan hakimiyyəti siyasi məhbusları, o cümlədən jurnalistləri azad etməyə, müstəqil vətəndaş cəmiyyəti institutlarının və azad medianın sərbəst fəaliyyəti üçün şərait yaratmağa çağırılıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT