Oktyabrın 1-də AŞPA təcili olaraq Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsi müzakirə olunacaq

Oktyabrın 1-də AŞPA təcili olaraq Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsi  müzakirə olunacaq

Strasburqda AŞPA-nın payız sessiyasının yekun gündəliyi təsdiqlənib. Sessiya oktyabrın 4-dək davam olunacaq. Sessiya gündəliyinə Azərbaycanda demokratiya, qanunun aliliyi və insan hüquqlarının vəziyyətinin pisləşməsi mövzusunda müzakirələr daxildir. 

Gündəliyin müzakirəsi zamanı bəzi deputatlar bu məsələnin müzakirəsi ilə bağlı öz narazlığını bildiriblər. Gürcüstan nümayəndəsi Givi Mikanadze debatın məqsədəuyğunluğuna şübhə ilə yanaşıb. O, vəziyyəti müzakirə etmək üçün “Azərbaycanın yeni seçilmiş parlamenti”nin nümayəndələri ilə birbaşa əlaqə qurmağı təklif edib. Lakin onun təklifi dəstəklənməyib və müzakirələrin keçirilməsi barədə qərar səs çoxluğu ilə qəbul edilib.

2024-cü ilin yanvarında keçirilmiş sessiyada Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri hökumətin Nazirlər Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsi və insan haqlarının ciddi şəkildə pozulması səbəbindən təsdiqlənməyib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT