ER təhsil, elm, mədəniyyət və idman naziri ilə Türkiyənin mədəniyyət naziri Ani körpüsünün bərpası ilə bağlı fikir mübadiləsi aparıblar

Mayın 17-də Aşqabadda Mədəniyyət Nazirlərinin Beynəlxalq Konfransı çərçivəsində Ermənistan Respublikasının təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə görüşüb.
Təhsil və Mədəniyyət Nazirliyi bildirir ki, Ermənistan və Türkiyə arasında münasibətlərin tam tənzimlənməsi çərçivəsində digər məsələlərlə yanaşı, nazirlər mədəni əməkdaşlığın faydasını vurğulayıblar.
Nazirlər, həmçinin tarixi Ani körpüsünün bərpası ilə bağlı fikir mübadiləsi aparıblar.





