logo

Azərbaycanlılar Şuşidəki erməni qəbiristanlığı ilə yol açıb։ Caucasus Heritage Watch

Azərbaycanlılar Şuşidəki erməni qəbiristanlığı ilə  yol açıb։ Caucasus Heritage Watch

"Caucasus Heritage Watch" mədəni irsin monitorinqi təşkilatı özünün X səhifəsinə bildirib ki, oktyabrın 5-dən noyabrın 3-dək azərbaycanlılar Yerevan Qapısı qəbiristanlığı kimi tanınan Şuşidəki tarixi qəbiristanlıqdan buldozerlə yol açıb.

Ağacların arasında 1802-1913-cü illərə aid ən azı 78 erməni məzar daşı var.

“Sıx meşə qəbiristanlığı gizlədir. Biz sərhədlərini tapmaq üçün Şuşinin xəritələrindən və nəşrlərindən istifadə etdik. Nə qədər məzar daşının zədələndiyi bəlli deyil, lakin araşdırmalar onların bütün ərazini əhatə etdiyini göstərir”,- deyə bildirilib. 

Qeyd olunub ki, bu, 2020-ci ilin noyabr ayından sonra dağıdılmış 5-ci erməni qəbristanlığıdır. 

Azərbaycanlılar daha əvvəl Mets Tağer və Sğnaxdakı, eləcə də yaxınlıqdakı Şuşi və Vazgenaşen qəbiristanlıqlarını da dağıdıblar.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT