Laçın dəhlizinin bağlanması cəhdləri Azərbaycanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin bariz təzahürlərindən biridir։ ER Xİ naziri

Dekabrın 12-də ER xarici işlər naziri Ararat Mirzoyan “Soyqırım cinayətinə qarşı” 4-cü Qlobal Forumda iştirak etmək üçün Ermənistanda olan BMT baş katibinin soyqırımın qarşısının alınması üzrə xüsusi müşaviri Alis Vairimu Nderitunu qəbul edib.

Həmsöhbətlər soyqırımların qarşısının alınmasına və ksenofobiya və ayrı-seçkiliyə qarşı qlobal mübarizənin təşviqinə yönəlmiş Ermənistan ilə Xüsusi müşavir ofisi arasında davam edən əməkdaşlıqdan məmnunluq ifadə ediblər.

Bununla bağlı Ermənistanın təşəbbüsü ilə İnsan Hüquqları Şurası çərçivəsində təqdim olunan “Soyqırımın qarşısının alınması” qətnaməsi diqqətə çatdırılıb.

Görüş zamanı ER XİN rəhbəri vurğulayıb ki, regionda erməni xalqı hələ də ekzistensial təhlükələrlə üzləşir.

O, Azərbaycanda ən yüksək siyasi səviyyədə həyata keçirilən və regionda təhlükəsizliyin və sülhün bərqərar edilməsi səylərinə böyük zərbə vuran şəxsiyyətə əsaslanan nifrətin qızışdırılmasını yolverilməz hesab edib.

Azərbaycanın Laçın dəhlizini bağlamaq cəhdlərinə toxunan nazir Mirzoyan bunun Azərbaycanın etnik təmizləmə siyasətinin bariz təzahürlərindən biri olduğunu vurğulayıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT