Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədrinə Azərbaycan SQ-nin Parux kəndinə daxil olmasından sonrakı vəziyyətlə bağlı məlumat verib

Biz Dağlıq Qarabağ sülh prosesinə toxunduq. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşdən sonra bildirib.

“Azərbaycanın silahlı qüvvələrinin Parux kəndinə daxil olması nəticəsində yaradılmış vəziyyətlə bağlı həmkarıma təfərrüatları təqdim etdim. Biz Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı məsələləri də müzakirə etdik" – deyə Mirzoyan bildirib.

Tərəflər həmçinin regionda sülh və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

“Mən həmkarıma ilkin şərt olmadan Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesində baş verənlər barədə də məlumat verdim” - deyə ER XİN rəhbəri bildirib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT