Ermənistanda hərbi vəziyyət ləğv edilib

Ermənistan parlamenti ölkədə hərbi vəziyyətin ləğv edilməsi barədə qərar layihəsini qəbul edib.

Ermənistan parlamentindəki müxalif “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyalarının təklif etdiyi qərar layihəsini Nikol Paşinyanın “Mənim addımım” parlament fraksiyası dəstəkləyib.

Parlamentin bugünkü plenar iclasında baş tutan səsvermə zamanı deputatlardan 118-i  layihənin lehinə, 1-i əleyhinə səs verib.

Xatırladaq ki, Ermənistanda hərbi vəziyyət 2020-ci ilin 27 sentyabrında elan edilmişdi.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT