Paşinyan Danimarka baş naziri ilə ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə edib

Danimarka Krallığında işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Danimarkanın baş naziri Mette Frederiksen ilə görüşüb.

Tərəflər Ermənistan-Danimarka çoxsahəli əməkdaşlığı ilə bağlı məsələləri müzakirə ediblər.

Mette Frederiksen Ermənistanın baş nazirinin Kopenhagenə səfərini alqışlayıb və onun rəhbərlik etdiyi hökumətin Ermənistanla əməkdaşlığı inkişaf etdirməyə və genişləndirməyə hazır olduğunu bildirib.

Qarşılıqlı maraq doğuran beynəlxalq və regional gündəlikdə olan bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Çoxtərəfli platformalarda davamlı əməkdaşlıq da vurğulanıb.

Nikol Paşinyan Ermənistan-Azərbaycan sülh prosesi və Cənubi Qafqaz regionundakı mövcud vəziyyəti təqdim edib. o, həmçinin “Sülh kəsişməsi” ləhiyəsini təqdim edib.

Ermənistan-Avropa İttifaqı əməkdaşlığı barədə də fikir mübadiləsi aparılıb. Nikol Paşinyan Danimarkanın baş naziri Mette Frederikseni Ermənistana rəsmi səfərə dəvət edib. Xanım Frederiksen dəvəti məmnuniyyətlə qəbul etib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT