Laçin dəhlizi boyunca birtərəfli keçid məntəqəsinin yaradılması Aİ-nin gərginliyin azaldılması çağırışlarına ziddir: Borel

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Laçin dəhlizində Azərbaycan tərəfindən keçid məntəqəsinin quraşdırılmasını pisləyib.
“Azərbaycan tərəfindən Laçin dəhlizi boyunca birtərəfli keçid məntəqəsi quraşdırılması Aİ-nin gərginliyi azaltmaq və problemləri dialoq yolu ilə həll etmək çağırışlarına ziddir. Avropa İttifaqı Cənubi Qafqazda sülhün və sabitliyin təşviqində iştirakını davam etdirir. Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi təmin edilməlidir”.





