logo

Bakı Dövlət Sirkinin yaxınlığında atışma olub, xəsarət alanlar var

Bakı Dövlət Sirkinin yaxınlığında atışma olub, xəsarət alanlar var

Azərbaycan KİV məlumat yayıb ki, Bakı Dövlət Sirkinin yaxınlığında atışma olub.  

Bildirilir ki, insident nəticəsində 3 nəfər xəsarət alıb. Əldə edilmiş məlumata görə, xəsarət alanlardan biri tələbədir.

Hadisə yerinə polis əməkdaşları, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb edilib.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətindən məlumat verilib ki, silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT