Ararat Mirzoyan beynəlxalq faktaraşdırıcı missiyanın Laçın dəhlizi və Dağlıq Qarabağa göndərilməsinin əhəmiyyətini vurğulayıb

Fevralın 27-də ER xarici işlər naziri Ararat Mirzoyan BMT-nin İnsan Hüquqları Şurasının yüksək səviyyəli sessiyası çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filipo Qrandi ilə görüşüb.

Həmsöhbətlər Ermənistan ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi arasında yaradılmış əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

Ararat Mirzoyan və Filipo Qrandi 2020-ci ildəki 44 günlük müharibə və Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzü nəticəsində yaranmış humanitar problemlərdən və onların həllinin aktuallığı barədə də danışıblar. 

Bu kontekstdə qeyd olunan hadisələr zamanı məcburi köçkünlərə dəstək məsələləri müzakirə olunub.

Görüş zamanı Laçın dəhlizinin bağlanması ilə əlaqədar Dağlıq Qarabağda yaranmış mürəkkəb humanitar vəziyyətin həllinin zəruriliyi də vurğulanıb.

Nazir Mirzoyan beynəlxalq faktaraşdırıcı missiyanın Laçın dəhlizinə və Dağlıq Qarabağa göndərilməsinin, habelə BMT-nin müvafiq qurumlarının, o cümlədən Qaçqınlar üzrə Ali Komissarlığın Dağlıq Qarabağa maneəsiz humanitar çıxışının əhəmiyyətini vurğulayıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT