logo

Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib

ER baş naziri Nikol Paşinyan Qazaxıstanın Almatı şəhərində Avrasiya Hökumətlərarası Şurasının dar tərkibdə keçirilən iclasında iştirak edib.

Avrasiya İqtisadi İttifaqı ölkələrinin baş nazirləri Avrasiya inteqrasiyası ilə bağlı bir sıra aktual məsələləri müzakirə ediblər. Xüsusilə, Aİİ-nin daxili bazarının fəaliyyətinə, sənaye kooperasiyasının maliyyələşdirilməsinə, aqrar-sənaye kompleksinin inkişafına, enerji sektorunda kooperasiyaya toxunulub.

Rəqəmsal gündəliyin həyata keçirilməsi, xüsusilə İttifaqın inteqrasiya informasiya sisteminin təkmilləşdirilməsi diqqətə çatdırılıb.

Hökumətlərarası şuranın geniş tərkibdə iclası fevralın 3-də baş tutacaq.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT