Ararat Mirzoyan Aİ-nin texniki qrupunun üzvlərini qəbul edib
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının texniki qiymətləndirmə qrupunun üzvlərini qəbul edib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Marçin Vidranın rəhbərlik etdiyi qrup Aİ-nin yeni mülki missiyasının yerləşdirilməsi imkanlarını nəzərdən keçirmək üçün Ermənistana göndərilib. Görüşdə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin də iştirak edib.









