Ermənistan-İran sərhədi nəyin bahasına olursa olsun qorunmalıdır: İran Prezidentinin aparat rəhbərinin müavini

Ermənistan-İran sərhədi nəyin bahasına olursa olsun qorunmalıdır: İran Prezidentinin aparat rəhbərinin müavini

ran Prezidentinin aparat rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi İran prezidenti İbrahim Rəisi ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığına toxunub.

Onun sözlərinə görə, telefon danışığı zamanı Rəisi vurğulayıb ki, İran İslam Respublikası ilə Ermənistan Respublikası arasında sərhəd nəyin bahasına olursa olsun qorunmalıdır, ISNA agentliyi xəbər verir.

Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə telefon danışığı aparıb və Ermənistanla Azərbaycan arasında son sərhəd insidentləri ilə bağlı təfərrüatları açıqlayıb.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT