Paşinyan əmin edir ki, əsirlərin qaytarılması üçün hər gün iş aparılır

ER Baş naziri Nikol Paşinyan əmin edir ki, dövlət hər gün əsirlərin qaytarılması üçün çalışır. Nikol Paşinyan bunu İctimai TV-yə müsahibəsində deyib.

“Qardaşlarımızı bir gün əvvəl geri qaytarmaq üçün yorulmadan çalışmalıyıq. Biz belə də edirik. Bu istiqamətdə hər gün işlər aparılır. Bəli, qeyd etməliyik ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı olsa da, bu işlər hələ də həyata keçirilir”,-Baş nazir vurğuladı.

O, bir gün, bir dəqiqə əvvəl bu problemi həll etmək üçün beynəlxalq tərəfdaşlarla, beynəlxalq ictimaiyyətlə və  Azərbaycanla çalışmalı olduqlarını qeyd etdi. 

Xatırladaq ki, Azərbaycan noyabrın 9-da imzalanmış üçtərəfli bəyanata baxmayaraq, bütün erməni əsirləri qaytarmaqdan imtina edir.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT