Azərbaycan Artsaxda yaşayan insanlara qarşı informasiya terrorizmi yolu ilə psixoloji təzyiq göstərir: Artsax Ombudsmanı

Azərbaycan Artsaxda yaşayan insanlara qarşı informasiya terrorizmi yolu ilə psixoloji təzyiq göstərir: Artsax Ombudsmanı

Azərbaycan, informasiya terrorizmi ilə Artsaxda yaşayan insanlara psixoloji təzyiq göstərərək Artsax xalqına qarşı təcavüzü davam etdirir. Məqsəd Artsaxda yaşayan insanlar arasında qorxu, ümidsizlik və psixoloji təzyiq yayaraq erməniləri Artsaxdan qovmaqdır. Bu barədə Artsax Ombudsmanı Geğam Stepanyan facebook səhifəsində yazıb. 

“Əvvəllər sakinlərimizə zəng edib mağazalar və mənzilləri almaq təklif olunurdusa, indi Facebook-da "Xankəndi / Stepanakert" səhifəsi aktivləşdi. Bu səhifə Azərbaycan təbliğat maşınının sifarişlərini yerinə yetirir. Son paylaşımda Stepanakertin qondarma deputatı mövcud olmayan ofisinin kontaktlarını təqdim edərək Artsax sakinlərinin ona müraciət etməsini təklif edir. 

Bu, Azərbaycan hakimiyyətinin növbəti manipulyasiyası və ikiüzlü oyundur.  Bu ölkə beynəlxalq ictimaiyyət qarşısında sülhsevər görünməyə çalışmaqla yanaşı ölkə daxilində öz cəmiyyətini anti-erməni nifrəti ilə bəsləyir. 

Səhifənin məzmunu Azərbaycanın dövlət qurumları tərəfindən koordinasiya olunduğunu, informasiya terroru ilə Artsax xalqına psixoloji təzyiq göstərməyi hədəf aldığını açıq şəkildə göstərir və səhifə yazılarının altındakı şərhlər ermənilərə qarşı nifrət dolu fikirlərlə doludur.

Milli təhlükəsizlik orqanları səhifənin əhali arasında yayılmasına maneə olmaq və əhalimizin psixoloji toxunulmazlığını təmin etmək üçün lazımi texniki tədbirləri görməlidir.

Beynəlxalq təşkilatların diqqətini bu məsələyə cəlb edirəm․ Bu, Azərbaycan tərəfindən həyata keçirilən psixoloji terrorizmdir, Artsax ermənilərinə qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsidir”,-deyə Ombudsman qeyd etdi. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT