Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Avstriya Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Robert Gerşnerlə görüşüb. Bu barədə Təhlükəsizlik Şurasının ofisindən məlumat verilib.
Ermənistan-Avstriya münasibətlərinin inkişafı və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Ermənistan-Avropa İttifaqı əlaqələrinə dair mövzulara toxunulub.
Tərəflər həmçinin regional proseslər ətrafında fikir mübadiləsi aparıblar.














