logo

İran ABŞ ilə danışıqlar üçün 60 günlük müddətin artıq qüvvədə olmadığını bildirir

İran ABŞ ilə danışıqlar üçün 60 günlük müddətin artıq qüvvədə olmadığını bildirir

İran və ABŞ arasında danışıqlar üçün 60 günlük müddət nəzərdə tutan anlaşma memorandumu, Vaşinqtonun pozuntularına görə artıq qüvvədə deyil. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bağei bazar ertəsi bildirib. Mehr xəbər agentliyi Bağeinin brifinqdə dediyini bikdirir: "ABŞ anlaşma memorandumunu lap əvvəldən pozub".

Diplomatın sözlərinə görə, anlaşma memorandumunun mətnində "60 günlük müddət müəyyən edən müddəa yox idi". O, sənəddə yalnız nüvə danışıqlarının 60 gün ərzində keçirilməsini nəzərdə tutduğunu aydınlaşdırıb.

Bağei vurğulayıb ki, İran qərarları heç bir son tarixə deyil, öz milli maraqlarına əsaslanaraq verəcək.

ABŞ və İran arasında hərbi əməliyyatları dayandırmağı hədəfləyən anlaşma memorandumunun müddəti bazar ertəsi günü bitir.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT