İstanbul bələdiyyə sədrinin həbsindən sonra türk lirəsi dollar qarşısında rekord həddə düşüb

İstanbul meri və müxalif siyasətçi Əkrəm İmamoğlunun həbsi ilə bağlı xəbərlər fonunda çərşənbə günü türk lirəsi ABŞ dollarına nisbətdə 11%-dən çox ucuzlaşaraq rekord həddə düşüb.
1 dollar 41,1 lirəyə satılıb. Borsa İstanbul 100 birja indeksi də 6,9% ucuzlaşaraq səhm ticarətinin dayandırılmasına səbəb olub.
Bloomberg yazır ki, bazar günü antikorrupsiya istintaqı çərçivəsində həbs edilən İmamoğlunun Türkiyə Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi irəli sürülməsi planlaşdırılırdı.





