logo

Cənubi Qafqazda münaqişəyə son qoyulmalıdır: Mayk Uolts

Cənubi Qafqazda münaqişəyə son qoyulmalıdır: Mayk Uolts

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Mayk Uolts özünün X mikrobloqunda qeyd edib  ki, Cənubi Qafqazda münaqişəyə son qoyulmalıdır.

“Bu həftə Azərbaycan prezidenti İlham Əliyevin milli təhlükəsizlik məsələləri üzrə müşaviri cənab Hikmət Hacıyevlə danışdım. 

Azərbaycan və Ermənistanın böyük bir addım ataraq sülh sazişi üzərində razılığa gəlməsindən məmnunuq. Ona bildirdim ki, biz bu sülh müqaviləsini indi yekunlaşdırmalı, məhbusları azad etməli və regionu daha təhlükəsiz, firavan etmək üçün birlikdə çalışmalıyıq.

Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işləməyə davam edəcəyik” - Uolts qeyd edib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT