logo

Türkiyənin Tehrandakı səfiri İran XİN-ə çağırılıb

Türkiyənin Tehrandakı səfiri İran XİN-ə çağırılıb

İran Xarici İşlər Nazirliyi Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamalarından sonra Türkiyənin Tehrandakı səfirini çağırıb.

Bundan əvvəl Hakan Fidan Al-Jazeera telekanalına müsahibəsində İranı qonşu ölkələrdə müxtəlif qüvvələrə dəstək verməkdə ittiham etmişdi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Fidanın açıqlamasına cavab verib.

“Türkiyənin son bəyanatları təəssüf ki, konstruktiv deyil, ona görə də İranın bu məsələdə aydın və qəti mövqe bildirməsi lazım idi. İran, Türkiyə və digər ölkələrin diqqəti təhlükəsiz və nifaqsız region yaratmaq məqsədinə yönəlməlidir.. Ümid edirik ki, bu yolu birgə səylərlə davam etdirəcəyik", - İran rəsmisi qeyd edib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT