Rusiya və Ermənistanın Ukrayna ilə bağlı mövqeləri tamamilə fərqlənir: Peskov

Rusiya və Ermənistanın Ukrayna ilə bağlı mövqeləri tamamilə fərqlənir: Peskov

Moskva və Yerevanın Ukrayna ilə bağlı mövqeləri tamamilə fərqlidir, Rusiya haqlı olduğunu israrla izah etməyə davam edəcək.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Həqiqətən də Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral şəkildə əks mövqelərimiz var. Bu sirr deyil. Biz bu məsələdə onlarla razılaşmırıq və haqlı olduğumuzu israrla izah etməyə davam edəcəyik”, - o deyib.

Qeyd edək ki, Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha Yerevanın Ukrayna məsələsində Moskvanın müttəfiqi olmadığını bəyan edib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT