Bakının Ermənistanın qanunvericilik sahəsi ilə bağlı bəyanatları ölkəmizin suverenliyinin pozulmasıdır: Paşinyan

ER-nin siyasəti aktiv danışıqlar apararaq, genişmiqyaslı müharibə baxımından mümkün inkişafın qarşısını almaq üçün mümkün olan hər şeyi etməkdir. Eyni zamanda ER bütün qanuni mənafelərinin müdafiəsi mövqeyində möhkəm dayanmalıdır. Həmin qanuni maraqlar ER-nin ərazi bütövlüyü və suverenliyinin qorunmasıdır.

Bu barədə ER Baş naziri Nikol Paşinyan fevralın 15-də hökumətin iclasında bildirib.

“Son günlər Ermənistanın qanunvericilik bazası ilə bağlı rəsmi Bakının bir sıra bəyanatlarının ölkəmizin suverenliyinin pozulması və ölkəmizin daxili işlərinə qarışmasdır. ER qanunvericiliyində “Sülh müqaviləsi”nin imzalanmasına mane olan hər hansı müddəanın olub-olmaması ilə bağlı şərh vermək cəhdlərinin reallıqla heç bir əlaqəsi yoxdur.

Qeyd etdiyim kimi, “Sülh müqaviləsi” danışıqları zamanı Ermənistan və Azərbaycan bir sıra maddələr üzrə razılığa gələ biliblər və onlardan biri də odur ki, tərəflər öz qanunvericiliyinə istinad edə bilməzlər”.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT