logo

Türkiyə istehsalı mallarının idxalına qoyulan qadağa daha 6 ay uzadıldı

Türkiyə istehsalı mallarının idxalına qoyulan qadağa daha 6 ay uzadıldı. ER Hökuməti bu gün qərar layihəsini təsdiqlədi. 

ER İqtisadiyyat naziri vəzifəsini icra edən Vahan Kerobyan, 2020-ci il oktyabrın 20-də ER Hökümətinin türk mallarının Ermənistana idxalına qadağa qoyulması barədə qərar qəbul etdiyini xatırlatdı. Bu qərarla Türkiyə mallarının ER-ya girişinə 6 ay qadağa qoyulmuşdu. 

Türkiyə istehsalı mallarının Ermənistana idxalının qadağası ilə bağlı hüquqi düzəliş 2020-ci il dekabrın 31-dən qüvvəyə minib və beləliklə də iyulun 1-də bu qərarın müddəti tamamlanacaqdır. 

Kerobyanın sözlərinə görə, türk mallarının idxalına qadağa qoyan yeni bir qərara ehtiyac vardı. “Türkiyə mallarının idxalına qoyulan qadağa sadəcə Türkiyəyə qarşı bir iqtisadi sanksiya deyil, bu həmçinin təhlükəsizlik baxımından Türkiyə Dövlət Xəzinəsinin erməni mənbələrindən maliyyələşdirilməsinə son qoyulması deməkdir”. 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT