logo

Azərbaycan SQ Saruşen rayonunun kənd təsərrüfatı təyinatlı torpaqlarında iş aparan vətəndaşlara atəş açıb

Azərbaycan SQ  Saruşen rayonunun kənd təsərrüfatı təyinatlı torpaqlarında iş aparan vətəndaşlara atəş açıb

Noyabrın 22-də, saat 14:30-da Askeran rayonunun Saruşen icmasının rəhbəri Martuni rayon idarəsinin Karmir Şuka şöbəsinə müraciət edərək bildirib ki, Maçkalaşen kəndinin inzibati ərazisindəki Amarası vadisində - Saruşen icmasına məxsus kənd təsərrüfatı təyinatlı torpaqlarında kənd təsərrüfatı işləri apararkən Azərbaycan ordusunun hərbi məntəqələrindən müxtəlif növ atıcı silahlardan qeyri-qanuni atəş açılıb, nəticədə kənd təsərrüfatı işləri dayandırılıb. Bu barədə Artsax Daxili İşlər Nazirliyinin polisi məlumat yayıb.

Xatırladaq ki, dünən, noyabrın 21-də saat 11:00 radələrində qarşı tərəf atəşkəs rejimini pozaraq, eyni yerdə işləyən mülki şəxslərə atəş açıb.

Dinc sakinlərdən xəsarət alan olmayıb.

Polisin Martuni rayon şöbəsi faktları toplayaraq sülhməramlı qoşunlara təhvil verib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT