logo

“Hər hansı bir eskalasiya riski yoxdur. İnsanlar sərhəddə ev tikirlər”: Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri

Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının rəhbəri qrupun son iki ildə ölkəmizdəki fəaliyyətini uğurlu hesab edir.

Missiyanın əsas məqsədi Ermənistan-Azərbaycan sərhədində müşaidə aparmaqdır. Müşahidə avadanlığına bayraq, yolsuzluq avtomobilləri, durbin və kamera daxildir.

Missiya heç bir kəşfiyyat işi aparmır və heç kimə hərbi eskalasiyaya hazırlaşmağa kömək etmir. Bundan başqa, monitorinq qrupunun müşahidələri Ermənistan-Azərbaycan sərhədində hərbi eskalasiya potensialının olmadığını göstərir.

Aİ-yə üzv olan 27 ölkədən 25-i Ermənistanda müşahidəçilərə malikdir. Norveç də qrupa qoşulmaq istəyir.

İki il əvvəl missiyanın ilk günlərində 1 nömrəli məqsəd münaqişədən təsirlənmiş ərazilərdə qrupa inamın gücləndirilməsi və insanların təhlükəsizliyini təmin edilməsi idi.

İki ildən sonra müşahidə missiyasının rəhbəri Vayots Dzorun sərhəd bölgəsində tamamilə fərqli bir vəziyyət görür: kəndlərdə dükanlar açılır, insanlar evlər tikirlər, bu o deməkdir ki, onlar öz yaşayış məntəqələrində gələcək görürlər.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT