logo

Azərbaycanla üç əsas prinsip razılaşdırılıb: Nikol Paşinyan

“Azərbaycanla sülh və nizamlanmanın 3 əsas prinsipi razılaşdırılıb”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, tərəflər bu razılaşdırılmış prinsiplərə riayət etsələr, sülh müqaviləsinin imzalanması real olacaq.

Paşinyan sözügedən prinsiplərin hansılar olduğunu açıqlayıb.

O bildirib ki, birinci prinsip ölkələrin ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasıdır: “İkinci prinsip isə bundan ibarətdir: tərəflər Almatı bəyannaməsi əsasında sərhədlərin delimitasiyasını həyata keçirməyə razılaşıblar. Yəni, tərəflər Sovet respublikalarının inzibati sərhədlərinin artıq ölkələrin dövlət sərhədləri olması, buna uyğun olaraq da onların toxunulmazlığını tanımaq lazım olduğu mövqeyindən çıxış edirlər”.

Üçüncü prinsipə gəlincə isə, Paşinyan bunun bərabərlik və qarşılıqlılıq əsasında regional kommunikasiyaların açılması olduğunu bildirib: “Bu kommunikasiyalar isə keçdikləri ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidir”.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT