logo

MO-nun mövcudluğuna bir səbəb var - Azərbaycan DQ ermənilərinə qarşı soyqırım törətmək üçün hazırlıq görür: Paşinyan

Dağlıq Qarabağda Müdafiə Ordusu fəaliyyət göstərir. ER Baş naziri Nikol Paşinyan hökumətin iclasında bunu bir daha xatırladıb və indiki vəziyyətdə onun mövcudluğunun zəruriliyini vurğulayıb.

“Bu ordunun fəaliyyəti və mövcudluğu bir şeylə izah olunur - Azərbaycan Dağlıq Qarabağ ermənilərini soyqırıma məruz qoymaq üçün açıq-aşkar hazırlıq görür. 100 gündən artıqdır ki, Laçın dəhlizi bağlıdır, DQ-yə qaz və elektrik enerjisinin verilişi dayandırılıb, DQ-də kənd təsərrüfatı işləri aparan vətəndaşlar və kənd təsərrüfatı texnikası Azərbaycan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq atəşə tutulur, Azərbaycanın aqressiv ritorikası davam edir”, - Paşinyan bildirib.

ER Baş naziri vurğuladı ki, beynəlxalq ictimaiyyət ardıcıl olaraq bu barədə məlumatlandırılmalıdır və lazımi beynəlxalq mexanizmlərin işə salınması istiqamətində çalışmalıdır.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT