2031-ci illə bağlı sual seçkilərin 2026-cı ildə keçirilməsi, hazırkı parlamentin səlahiyyət müddətinin 5 il olması və hökumətin səlahiyyət müddətinin 2026-cı ildən 2031-ci ilə qədər olması məntiqi ilə ortaya çıxdı. Mən bunu bu məntiqlə dedim. Nikol Paşinyan bunu brifinq zamanı bildirib.
“Əgər son tarixləri daha konkretləşdirməli olsaq, düşünürəm ki, onu 2027-2028-ci illərdə imzalamalıyıq.
Buna bu il nail olmaq çətin olacaq. Biz Azərbaycanla davamlı işləməliyik”, - deyə o bildirib. O əlavə edib ki, bu kontekstdə ilk vacib məsələ TRIPP-nin tətbiqidir.













