Ermənistan nümayəndə heyəti zəlzələdən zərər çəkmiş Adıyaman şəhərinə səfər edib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın başçılığı ilə nümayəndə heyəti zəlzələdən zərər çəkmiş Adyaman şəhərinə səfər edərək erməni xilasediciləri ilə görüşüb.
Nümayəndə heyətini Adıyamanda beynəlxalq axtarış-xilasetmə qruplarının işini koordinasiya edən Ceren Yazgan qarşılayıb.









