Ermənistan müharibə zamanı 3 812 nəfər itki verib, daha 217 nəfər itkin düşmüş hesab olunur
Ermənistan hökuməti ikinci Qarabağ müharibəsindəki insan itkilərinin sayını açıqlayıb.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O, qeyd edib ki, Ermənistan ikinci Qarabağ müharibəsi zamanı 3 812 nəfər itki verib, onlardan 3736 nəfər hərbçi, 76 isə mülki şəxsdir. Daha 217 nəfər itkin düşmüş hesab olunur, onlardan 196 nəfər hərbçi, 21 isə mülkidir.









