Regionumuzda böyük dəyişikliklər baş verir və yaxın gələcəkdə, xoşbəxtlikdən, bu dəyişikliklər müsbət istiqamət daşıyır. Bunu liderlərin sammiti çərçivəsində keçirilən dəyirmi masa müzakirəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Yaxın gələcəkdə böyük layihələr həyata keçirəcəyik, regionumuzda blokadanın aradan qaldırılması baş verəcək, sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçiriləcək və bütün bu proseslər zamanı biz ətraf mühitlə bağlı məsələlərə xüsusi diqqət yetirməliyik. Bunlar məntiqi olaraq dövlətləri yaxınlaşdırmalı olan gündəlik məsələlərdir, çünki qonşuların ətraf mühitlə bağlı çağırışları ortaqdır.
Ən vacibi odur ki, bir daha vurğulamaq istəyirəm, ətraf mühit və biomüxtəlifliklə bağlı problemləri ayrıca götürülmüş bir ölkədə həll etmək mümkün deyil; formatın özəlliyi də bundadır, çünki bu məsələləri təkcə ayrıca götürülmüş ölkələrdə həll etmək mümkün deyilsə, məntiqi olaraq ayrıca götürülmüş regionlarda da həll etmək mümkün deyil. Məhz burada qlobal səylərin göstərilməsinin zəruriliyi ortaya çıxır",- deyə o bildirib.












