Ermənistan səfiri Qriqor Hakobyan İran xarici işlər nazirinin müavini, Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Səid Xətibzadə ilə görüşüb. Bu barədə Ermənistanın İrandakı səfirliyi məlumat yayıb.
Ermənistan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib, ekspertlər səviyyəsində dialoqun daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Səfir Hakobyan və nazir müavini Xətibzadə ER XİN-in Diplomatik Məktəbi ilə İran XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi arasında mövcud əməkdaşlığı vurğuladılar və birgə proqramların təşkili və təcrübə mübadiləsi imkanlarını müzakirə etdilər.
Görüşdə, həmçinin tarixi yaddaşın qorunub saxlanmasının, elm və təhsil sahəsində əməkdaşlığın təşviqinin mühüm komponenti kimi arxiv sənədlərinin mübadiləsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.