Aprelin 15-də Brüsselə işgüzar səfəri çərçivəsində Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius ilə görüşüb.
Bu barədə ER Milli Təhlükəsizlik Şurasının İdarəsi məlumat yayıb.
Tərəflər müdafiə və hərbi sənaye sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Armen Qriqoryan Ermənistan hökumətinin müdafiə və hərbi sənayenin inkişafı istiqamətində həyata keçirdiyi işləri və sahə prioritetlərini təqdim edib.
Öz növbəsində Andrius Kubilius Aİ-nin müdafiə və hərbi istehsal sahəsində prioritetlərini və onların çərçivəsində hazırlanmış strateji konsepsiyalardan irəli gələn fəaliyyət planını ətraflı təqdim edib.