Ukraynada davam edən müharibə təxminən 13 min dinc sakinin və 100 minə qədər ukraynalı hərbçinin həyatına son qoyub. Bunu CBS News-a müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Rusiya hər gün Ukrayna şəhərlərini vurur. Məktəblərə 1700 hücum, 600 öldürülmüş uşaq, 780 xəstəxana və klinikaya hücum. 13 min dinc sakin və 100 minə qədər Ukrayna hərbçisi həlak olub. Bütün bunlar isə Putinin Rusiyanı NATO astanasına qədər genişləndirmək iddialı planı üçün. Xalqımız mümkün olan ən yüksək qiyməti ödədi", - Zelenski deyib.
Bu ilin əvvəlində Zelenski NBC News-a açıqlamasında 46 mindən çox Ukrayna əsgərinin öldürüldüyünü deyib.
"Bizim 46 min ölü əsgərimiz var, on minlərlə itkin düşüb və ya əsirlikdədir", - Ukrayna prezidenti bildirib.