Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada NATO-nun Cənub Qonşuluğu üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb. Bu barədə Mirzoyan X mikrobloqunda məlumat verib.
“Antalya Diplomatik Forumu çərçivəsində Xavyer Kolomina ilə Ermənistan-NATO əməkdaşlığı məsələlərini müzakirə etmək üçün yaxşı fürsətim oldu.
Mən Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində əldə olunmuş mühüm mərhələni: sülh müqaviləsinin mətninin tamamlanmasını və Ermənistanın onu imzalamaqla bağlı mövqeyini vurğuladım”, - Mirzoyan yazıb.