Vaşinqton bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkof arasında Sankt-Peterburqda keçirilən görüş Ukraynada atəşkəs və münaqişənin yekun həlli istiqamətində növbəti addım kimi qiymətləndirilir.
Eyni zamanda, Ağ Evin sözçüsü ABŞ prezidentinin Moskva və Kiyevin hərəkətlərindən məyus olduğunu bildirib.
Donald Tramp “Truth Social” səhifəsində Rusiyanı hərəkətə keçməyə çağırıb, çünki çoxlu insan ölür. O, Ukraynada davam edən müharibəni dəhşətli və mənasız adlandırıb.