Gürcüstanın baş naziri və Azərbaycan prezidenti Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər.
İrakli Kobaxidze və İlham Əliyev iki ölkə arasında münasibətlərin dostluq və strateji xarakter daşıdığını vurğulayıblar. Görüşdə ticarət-iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə toxunulub.
Qeyd olunub ki, Cənubi Qafqazdakı problemləri region ölkələri həll etməlidir.