Azərbaycan və Türkiyə xarici işlər nazirləri Antalya Diplomatik Forumu çərçivəsində görüşərək siyasi, təhlükəsizlik, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığı müzakirə ediblər.
Ceyhun Bayramov və Hakan Fidan digər məsələlərlə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Cənubi Qafqaza, xüsusən də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə də toxunulub.
Türkiyə və Azərbaycanın müdafiə nazirləri Yaşar Gülər və Zakir Həsənov da görüşüblər.