Ermənistan Parlamentinin sədr müavini, Ermənistan-Türkiyə normallaşma prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan Antalya Diplomatik Forumu çərçivəsində Türkiyənin normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç ilə görüşüb.
Bu barədə Ruben Rubinyan özünün X mikrobloqunda yazıb.
“Antalya Diplomatik Forumu çərçivəsində Serdar Kılıçla Ermənistan-Türkiyə normallaşma prosesi ilə bağlı yaxşı müzakirə apardım”.