Aprelin 8-də Xorvatiya Respublikasında işgüzar səfərdə olan Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin baş katibi David Karapetyan Xorvatiya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreya Metelko-Zqombiç ilə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
David Karapetyan həmsöhbətinə Ermənistanın regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səylərini təqdim edərək, Ermənistan Respublikası hökuməti tərəfindən hazırlanmış “Sülhün kəsişməsi” lahiyəsini təqdim edib.
Həmsöhbətlər Ermənistan-Xorvatiya ikitərəfli münasibətlərinin gündəliyi ilə bağlı bir sıra məsələləri, o cümlədən Aİ çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.