Azərbaycan Müdafiə Nazirliyinin aprelin 6-sı axşam saatlarından 7-i saat 04:30-a kimi Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin sərhəd zonasının şərq və cənub-şərq sektorlarında yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə yaydığı məlumat reallığa uyğun gəlmir. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Ermənistan Respublikasının Baş nazirinin Aparatı atəşkəs rejiminin pozulması hallarını və/yaxud onlar haqqında məlumatı araşdırmaq üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılmasını təklif edib, Azərbaycan indiyədək bu təklifə cavab verməyib.
Ermənistan Respublikasının Müdafiə Nazirliyi bir daha təsdiq edir ki, Ermənistan Respublikasının Baş naziri Aparatının mövqeyinə uyğun olaraq, Azərbaycan Müdafiə Nazirliyinin mesajını əsaslandıran faktların Ermənistan Respublikasına veriləcəyi təqdirdə onları araşdırmağa hazırdır.