Lavrova Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov arasında mesaj mübadiləsi aparılıb. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu nisbətən qısa tarixi dövr ərzində birgə konstruktiv və səmərəli iş sayəsində Ermənistan və Rusiya arasında xalqlarımızın çoxəsrlik dostluğuna əsaslanan dövlətlərarası əlaqələr möhkəmləndi və genişləndi.
Beynəlxalq münasibətlərin arxitekturasının dəyişən müasir şəraitində dövlətlərimizin maraqlarına əsaslanan, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə tərəfdaşlığımızın davam etdirilməsi vacibdir.
Biz siyasi, sosial-iqtisadi, humanitar və digər sahələrdə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığı rəhbər prinsipimiz kimi qəbul edirik və ölkələrimizin maraqlarına tam cavab verən mənalı dialoqu davam etdirmək və genişləndirmək məqsədi güdürük.
Sizə və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bütün əməkdaşlarına möhkəm cansağlığı, tükənməz enerji, gələcək uğurlar, qardaş Rusiya xalqına sülh və firavanlıq arzulayıram”, - deyə mesajda qeyd edilib.