Aprelin 3-də Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib. Görüşdə Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti və mövcud çağırışlar müzakirə olunub.
Həmsöhbətlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi aparıblar. Təhlükəsizlik Şurasının katibi Ermənistanın regionu davamlı sülh və sabitliyə doğru istiqamətləndirəcək sülh sazişini mümkün qədər tez imzalamağa hazır olduğunu bir daha təsdiqləyib.
Ermənistan-Aİ tərəfdaşlığı gündəliyindəki məsələlərə də toxunulub.