Baş nazirin müavini Mher Qriqoryan Vyetnam Sosialist Respublikası Baş nazirinin müavini Tran Honq Hainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş nazirin müavini Vyetnamdan belə bir nümayəndə heyətinin Ermənistana səfərini məmnunluqla qeyd etdi və iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğuladı.
Görüş zamanı tərəflər xüsusilə Aİİ və Vyetnam arasında imzalanmış azad ticarət sazişinin həyata keçirilməsi çərçivəsində ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. Həmçinin yüksək texnologiyalar sənayesi sahəsində mümkün əməkdaşlığa, eləcə də turizmin inkişafı üçün insanlar və işgüzar dairələr arasında əlaqələrin aktivləşdirilməsinin zəruriliyinə toxunublar.
Hər iki tərəf, həmçinin hökumətlərarası komissiyanın fəaliyyətinin aktivləşdirilməsinin və onun çərçivəsində ikitərəfli əməkdaşlığın əsas məsələlərinin müzakirəsinin vacibliyinə əhəmiyyət veriblər.