Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib. Bu barədə peyk şəbəkəsinin “X” sosial media hesabında paylaşım edilib.
Ötən il martın 21-də Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakının “Starlink” ilə ölkədə genişzolaqlı peyk internet xidmətinin tətbiqi ilə bağlı müzakirələr apardığını bildirib.
Mayın 9-da “Azərkosmos” Agentliyi ilə “SpaceX” şirkəti arasında “Starlink” internet xidmətlərinin Azərbaycanda istifadəyə verilməsi haqqında saziş imzalanıb.
Bundan əvvəl “Starlink” Ermənistanda da fəaliyyətə başlayıb. SpaceX-in həmtəsisçisi İlon Mask bəyan edib ki, Ermənistan “Starlink”in yüksəksürətli internet xidmətinin mövcud olduğu dünyada 130-cu bazar olub.