Syunikdə oldum, həmkarlarımızı və dostlarımızı ziyarət etdim.
Bunu ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn yazıb.
“Robert Qukasyan və yerli rəsmilərlə görüşlər zamanı biz regiondakı çətinlikləri və imkanları müzakirə etdik. Mən ABŞ-ın Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləmək və Ermənistan ilə Azərbaycan arasında davamlı sülhün bərqərar olmasının vacibliyini vurğulamaq üçün Qorisdə Avropa İttifaqının Monitorinq Missiyasının nümayəndələrinə baş çəkdim.
Syuniklilərə qonaqpərvərliyə görə təşəkkür edirəm. Tezliklə yenidən Syunikdə səfər edəcəyəm”, - ABŞ səfirliyinin bəyanatında deyilir.