Martın 28-nə keçən gecə Rusiyanın vilayətlərində Ukraynaya məxsus 78 pilotsuz uçuş aparatıməhv edilib. Bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Saratov hava limanında təyyarələrin gəlişi və uçuşlarına məhdudiyyətlər tətbiq edilib. Quberniyanın Engels şəhərində hava hücumu sirenası səslənir, vaxtaşırı partlayış səsləri eşidilirdi. Saratov qubernatoru dron hücumu təhlükəsi barədə məlumat verib.
Saratov ukraynalıların hədəfindədir, çünki burada neft emalı zavodu və Engelsdə Rusiyanın strateji hava bazası yerləşir.