Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ER xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Ermənistan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin gündəliyindəki məsələlər müzakirə olunub.
Ararat Mirzoyan və Kasım-Jomart Tokayev iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.
Ermənistan xarici işlər naziri və Qazaxıstan prezidenti beynəlxalq və regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Nazir Mirzoyan Qazaxıstanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinin təşviqində, xüsusən də sülh müqaviləsinin imzalanması məsələsində mövqeyini yüksək qiymətləndirib.