ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukrayna ilə atəşkəs sazişinin imzalanmasını qəsdən gecikdirə biləcəyini istisna etməyib.
"Əmin deyiləm, amma düşünürəm ki, Rusiya bu müharibəni bitirmək istəyir, bəlkə də zaman qazanır. Bilirsiniz, mən uzun illərdir ki, bir iş adamı kimi bu işlə məşğul olmuşam: saziş imzalamaq istəmirsən, eyni zamanda oyunda qalmaq istəyirsən. Əmin deyiləm, amma düşünürəm ki, həm Rusiya, həm də Zelenski müharibənin bitməsini istəyərlər”, - Tramp deyib.
"Mən əmin deyiləm, amma düşünürəm ki, həm Rusiya, həm də Zelenski müharibənin bitməsini istərdi", - Tramp Newsmax-da deyib.
Martın 23-25-də ABŞ nümayəndələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və Ukrayna nümayəndə heyətləri ilə ayrı-ayrılıqda danışıqlar aparıblar. Bu görüşlər nəticəsində, Ağ Evin bəyanatına görə, Kiyev və Moskva təhlükəsiz naviqasiyanı təmin etmək və Qara dənizdə “gücdən istifadəni” istisna etmək barədə razılığa gəliblər.